191
Dünya 16 iyul — 14:54

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlandı

Son 24 saat ərzində Ermənistanda daha 554 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 33 min 559 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, ölkədə gün ərzində daha 15 nəfər koronavirusdan ölüb və beləliklə, ölənlərin sayı 607 nəfər olub.

Hazırda Ermənistanda 10 min 832 aktiv koronavirus xəstəsi var.

Xəbərlər