213
Dünya 13 iyul — 22:13

İranda deputat koronavirusdan öldü

İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.

Bu barədə İran Milli Məclisinin mətbuat xidmətinin məlumatında deyilir.

Cəfəri bu ilin fevralında keçirilən 11-ci çağırış parlament seçkilərində qalib gəlib və vəzifəsinə mayın sonunda başlayıb. Deputat Planlaşdırma və büdcə komitəsinin üzvü idi. O, 8-ci çağırışda (2008-2012) da millət vəkili olub.

Xəbərlər