174
Dünya 13 iyul — 10:44

Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Virtualaz.org bildirir ki, pandemiyanın statistikasını aparan "Worldometers" saytının yaydığı son məlumatda belə deyilir.

Bildirilir ki, virusa yoluxma sayı 13 milyon 41 min 719, pandemiya qurbanlarının sayı isə 571 min 674 nəfərə çatıb.

İndiyədək 7 milyon 588 min 125 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər