304
Dünya 13 iyul — 02:00

Yaponiyada sel fəlakəti

Yaponiyada leysan yağışları nəticəsində yaranan daşqın səbəbindən ölənlərin sayı 70-ə çatıb.

Bu barədə "NHK" məlumat yayıb.

Ölənlərdən 63-nün Kumamoto prefekturasının sakini olduğu deyilir.

13 insanın taleyindən isə hələ də xəbər yoxdur.

Məlumata görə, leysan yağışları Yaponiyada hələ 14 iyula qədər davam edəcək.

Xəbərlər