206
Dünya 11 iyul — 14:36

Ermənistanda koronavirusa 489 yeni yoluxma

Ermənistanda son sutka ərzində daha 489 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 31 min 392 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də 13 xəstə ölüb və yoluxma nəticəsində həyatını itirənlərin sayı 559 nəfər olub.

İndiyədək 19 419 xəstə sağalıb. Hazırda 11 234nəfər infeksiyadan müalicə olunur.

Xəbərlər