136
Dünya 9 iyul — 14:10

Rusiyada daha 176 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son sutka ərzində 6509 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 707 min 301 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində daha 176 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarının ümumi sayı 10 min 843 nəfər olub.

İndiyədək 481 min 316 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

Xəbərlər