127
Dünya 9 iyul — 10:13

Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 12 milyon nəfəri keçib.

Virtualaz.org bildirir ki, məlumatı ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti yayıb.

Məlumatda koronavirusa yoluxanların sayının 12 007 327 nəfərə çatdığı, virusdan 548 799 nəfərin öldüyü, 6 533 436 nəfərin isə sağaldığı bildirilir.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan, dördüncü yerdə isə Rusiya qərarlaşıb.

Onu da xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

ÜST bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər