199
Dünya 9 iyul — 01:32

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyonu ötüb

ABŞ-da COVID-19-a yoluxanların sayı 3 009 611 nəfərə çatıb.

Bu barədə federal və yerli hakimiyyətin informasiyasına əsaslanan Cons Hopkins Universiteti bildirib.

Tədqiqat təşkilatının saytında yerləşdirilmiş məlumatlara əsasən ABŞ-da pandemiyanın başlanğıcından koronavirusdan 131 594 pasiyent ölüb, virusa yoluxmuş 936 476 nəfər sağalıb.

Virusa ən çox yoluxma sayı Nyu-York ştatında qeydə alınıb. Burada 398 237 nəfərin koronavirus testi müsbət olub. Siyahıda sonrakı yerdə Kaliforniya (284 139 yoluxma) qərarlaşıb. Floridada 223 783 nəfərdə, Texasda 216 026 insanda təhlükəli virus aşkarlanıb.

Xəbərlər