226
Dünya 9 iyul — 01:04

Murmansk şəhərinin meri koronavirusa yoluxdu

Rusiyanın Murmansk şəhər meri Yevgeni Nikora koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, hazırda xəstəxanada olan şəhər rəhbərinin vəziyyəti orta-aöır qiymətləndirilir.

“Dünən xəstəxanaya yerləşdirilmişəm. Özümü pis hiss edirdim. Vəziyyətim orta-ağır olsa da, indi yaxşıyam. İkitərəfli sətəlcəm diaqozu qoyuldu. Həkimlər əladır”, - deyə Nikora bildirib.

Mer virusa harada yoluxduğunu bilmədiyini qeyd edib. O, xəstəxanada daha 10 gün qalmalıdır

Qeyd edək ki, Murmanskda ümumilikdə 2429 nəfər koronavirusa yoluxub.

Xəbərlər