620
Dünya 8 iyul — 22:44

Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqlənib

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicəsində istifadə olunması üçün daha bir dərmanı dövlət reyesterində qeydiyyata alıb.

“RİA Novosti” xəbər verir ki, bu, “Koronavir” adlı dərmandır. Preparat “R-Farm” firması tərəfindən hazırlanır.

Bundan əvvəl Rusiyada daha iki dərman koronavirusun müalicəsi üçün təsdiqlənmişdi. Bunlar “Areplivir” və “Avifavir” mdərmanları idi.

Xəbərlər