211
Dünya 8 iyul — 11:54

Ermənistanda 535, Gürcüstanda 5 yeni yoluxma

Ermənistanda son sutka ərzində daha 535 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 29 820 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 18 nəfər ölüb və həyatını itirənlərin sayı 521 olub.

İndiyədək 17 min 427 xəstə sağalıb. Hazırda 11 708 nəfər infeksiyadan müalicə olunur.

Digər qonşu ölkədə-Gürcüstanda isə son 24 saatda 5 nəfərdə koronavirus aşkarlanıb və ümumi yoluxma sayı 963-ə çatıb.

Ölkədə indiyədək 841 nəfər sağalıb, 15 xəstə həyatını itirib.

Hazırda koronavirus səbəbilə 3903 nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə alır.

Xəbərlər