562
Dünya 8 iyul — 02:00

ABŞ-ın ÜST-dən çıxacağı tarix məlum olub

Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacağı vaxt açıqlanıb.

“TASS” xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə göndərdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, rəsmi Vaşinqton 6 iyul 2021-ci il tarixindən etibarən Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq.

Xəbərlər