213
Dünya 7 iyul — 18:46

ABŞ-da 45 minə yaxın yoluxma, 325 ölüm faktı

ABŞ-da son sutka ərzində 44 953 nəfər koronavirusa yoluxub, 325 xəstə dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, məlumatı Con Hopkins Universiteti yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək 2 938 624 nəfər koronavirusa yoluxub, 130 mindən çox ölüm faktı qeydə alınıb.

Birləşmiş Ştatlar yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Xəstəlikdən sağalanların ümumi sayı 924 mindən çoxdur.

Xəbərlər