111
Dünya 7 iyul — 10:28

Koronavirusa yoluxanların sayı 11,8 milyona yaxınlaşır

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artaraq 11 milyon 747 min 386 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan "Worldometers" saytı yayıb.

Bildirilir ki, hazırda pandemiya qurbanlarının sayı 540 min 836 nəfərdir.

İndiyədək 6 milyon 741 min 764 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

ÜST bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər