161
Dünya 6 iyul — 18:54

İranda koronavirusdan daha 160 nəfər öldü

İranda son 24 saat ərzində daha 2613 nəfərin virusa yoluxması aşkar edilib, 160 nəfər həyatını itirib.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, bununla da ümumilikdə yoluxanların sayı 243 min 51 nəfərə, ölənlərin sayı isə 11 min 731-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 204 min 83 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3201 xəstənin vəziyyəti ağır olaraq qalır.

İranın koronavirusa qarşı mübarizə mərkəzinin nümayəndəsi doktor Məsud Mərdani bildirib ki, 18 milyon insan virusa yoluxub ki, bu da əhalinin 20 faizi deməkdir.

Xəbərlər