265
Dünya 6 iyul — 17:42

Hindistan yoluxma sayına görə ilk üçlükdə

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında Rusiyanı qabaqlayaraq, üçüncü sıraya qalxıb.

Virtualaz.org bildirir ki, Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yoluxma hallarının sayı 699 402-ə çatıb və bu göstəriciyə görə o yalnız ABŞ və Braziliyadan geri qalır. Hindistanın qabaqladığı Rusiyada isə yoluxma hallarının sayı 687 862-yə bərabərdir.

Xatırladaq ki, Hindistanda ardıcıl dörd gündür ki, sutkalıq 20 mindən artıq yoluxma qeydə alınır. Elə son sutkada da 24 min 248 yoluxma qeydə alınıb.

Son 24 saatda həm də 425 ölüm hadisəsi baş verib və ümumi ölüm sayı 19 min 693-ə çatıb.

Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Nazirlik, həmçinin virusa yoluxanların 424 min nəfərinin sağaldığını bildirib.

Xəbərlər