284
Dünya 5 iyul — 11:32

Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanın Gümrü şəhərində Rusiya hərbçisinin meyiti tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı hərbçisinin meyiti şəhərdəki mənzillərdən birində yerli asayiş keşikçiləri tərəfindən aşkar edilib.

Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Məlumatda o da bildirilir ki, Dairənin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə ölüm faktı üzrə təhqiqat aparır.

Xəbərlər