125
Dünya 5 iyul — 10:16

Koronavirusa yoluxanların sayı 11 milyon 386 mini keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 11 milyon 386 min 560 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan "Worldometers" saytı yayıb.

Bildirilir ki, hazırda pandemiya qurbanlarının sayı 533 min 581 nəfərdir.

İndiyədək 6 milyon 445 min 57 xəstə sağalıb.

Qeyd edək ki, son günlər koronavirusa yoluxma və ölüm sayında ciddi artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib ki, “Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”.

ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdırlar: “Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa, ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar. Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

ÜST bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər