200
Dünya 4 iyul — 17:50

İranda koronavirusdan daha 148 nəfər öldü

İranda son sutka ərzində daha 2449 nəfərdə koronavirus aşkarlanıb və ölkə üzrə ümumi yoluxma sayı 237 min 878-ə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, infeksiyadan daha 148 nəfər həyatını itirib və pandemiya qurbanlarının sayı 11 min 408-ə yüksəlib.

İndiyədək 198 min 949 xəstə sağalıb. Hazırda 4 mindən çox xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərlər