213
Dünya 4 iyul — 10:42

Trampın müşavirində koronavirus aşkarlandı

ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi kampaniyasında müşaviri və ölkə rəhbərinin oğlu Donald Trampın (kiçik) sevgilisi Kimberli Qilfoyl koronavirus infeksiyasına yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə “New York Times” nəşri yazıb.

Trampın seçkiqabağı kampaniyasında vəsait toplamaq üçün məsul olan Qilfoylun koronavirus testinin nəticəsi cümə günü məlum olub.

O, bir həftə əvvəl Talsedə Prezidentin qapalı stadionda keçirilən mitinqində iştirak edib.

NBC telekanalı Trampın oğlunun COVID-19 testinin nəticəsinin mənfi olduğu barədə xəbər yayıb.

Xəbərlər