169
Dünya 4 iyul — 01:00

Britaniyada COVID-19 qurbanlarının sayı 44,1 mini ötüb

Böyük Britaniyada son bir gündə koronavirusdan 137 nəfər ölüb.

Bu barədə yerli hökumətin saytında məlumat yayılıb.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 44 131 nəfərə çatıb.

Məlumata görə, son bir gündə koronavirusa 544 yeni yoluxma aşkarlanıb. Beləliklə, Britaniyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 284 276 nəfərə yüksəlib.

Xəbərlər