269
Dünya 3 iyul — 17:32

Jan Kasteks Fransanın yeni Baş naziri oldu

Respublikaçılar partiyasından olan Jan Kasteks (Jean Castex) Fransanın yeni Baş naziri təyin olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makron ona hökuməti formalaşdırmağı tapşırıb.

Ölkənin yeni Baş naziri oksitaniya regionunun Pireney-Oryantal (Pyrenees-Orientales) departamentinin Prade kommunasının meridir. Yaxın saatlarda təhvil-təslim prosesi həyata keçiriləcək.

Sabiq Baş nazir Eduard Filip bələdiyyə seçkilərinin ikinci turunda Havr ( Le Havre) şəhərinin meri seçilib və fəaliyyətini mer kimi davam etdirəcək.

Xəbərlər