348
Dünya 2 iyul — 11:30

Karantində ailəsi ilə çimərliyə gedən səhiyyə naziri istefa verdi

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV (“Otago Daily Times”, “New Zealand Herald” və s.) məlumat yayıb.

Baş Nazir Casinda Ardern məsələni şərh edərkən deyib: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındırır”.

Buna görə də Baş Nazir onun istefasını qəbul etdiyini bildirib.

Sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qədər həmin vəzifəni Təhsil naziri Kris Hipkinz tutacaq.

Xatırladaq ki, karantin dövründə nazir ailəsi ilə birgə çimərliyə gedib.

Onu da qeyd edək ki, Yeni Zelandiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə pandemiyanın başlanmasından bəri 1528 nəfər COVID-19 virusuna yoluxub, 1484 nəfər sağalıb, 22 xəstə ölüb.

Xəbərlər