762
Dünya 1 iyul — 23:23

Rusiyada səsvermə başa çatdı

Rusiyada konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsi başa çatıb.

“RİA Novosti” xəbər verir ki, sonuncu seçki məntəqələri qərb regionu olan Kalininqrad vilayətində Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Rusiyada konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsi aprelin 22-nə təyin edilsə də, ölkədə koronavirus pandemiyası səbəbindən yaranan epidemioloji vəziyyət səbəbindən referendum 25 iyun- 1 iyulun tarixinə təyin olunub.

***12:22

Bu gün Rusiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendumun son mərhələsi keçirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, artıq bir həftədir Rusiya əhalisi ölkənin əsas qanunu olan konstitusiyaya dəyişikliklərə səs verir. Koronavirus pandemiyasına görə bir dəfə təxirə salınan ümumxalq səsverməsi seçicilərin sağlamlıq təhlükəsizliyi nəzərə alınaraq, həftə ərzində və ölkə tarixində ilk dəfə olaraq onlayn formada keçirilir.

Bu dəfə keçirilən ümumxalq səsverməsinin qəbul olunması üçün 50 faizdən çox seçici fəallığı tələb olunmur. Bu seçkilərdə Rusiya əhalisi paket formada, yəni, təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verir. Buna səbəb isə mövcud konstitusiyaya 200-dən çox dəyişikliyin edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilir. Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.

Səsvermə bu gün Moskva vaxtı ilə saat 20:00-dək davam edəcək.

Referendumun ilkin nəticələri axşam saatlarında açıqlanacaq. Ekzit-poll nəticələrinə əsasən, elektron səsvermədə seçicilərin 76 faizi dəyişikliklərin lehinə səs verib.

Xəbərlər