208
Dünya 30 iyun — 19:03

ABŞ-da bir sutkada 42 min nəfərdə koronavirus aşkarlandı

ABŞ-da son 24 saat ərzində 41 min 556 nəfər yeni növ koronavirusa yoluxub.

Virtualaz.org bildirir ki, məlumatı Con Hopkins Universiteti yayıb.

Bildirilir ki, bununla ölkədə aşkar edilmiş yoluxma hallarının sayı 2 milyon 590 min 582-yə çatıb.

Bundan başqa, son sutkada daha 330 xəstə vəfat edib. Ümumiyyətlə, ABŞ-da indiyədək virusa yoluxmuş 126 mindən çox insan dünyasını dəyişib, 705 mindən çox xəstə sağalıb.

Xəbərlər