159
Dünya 30 iyun — 13:31

Rusiyada daha 154 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son sutka ərzində daha 6693 nəfər koronavirusa yoluxub, bununla ölkə üzrə aşkar edilmiş yoluxma sayı 647 min 849-a yüksəlib.

Virtualaz.org bildirir ki, məlumatı Rusiyanın Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahı yayıb.

Bildirilir ki, bir gündə həm də daha 154 koronavirus xəstəsi həyatını itirib və pandemiya qurbanlarının ümumi sayı 9320 nəfər olub.

İndiyədək 412 650 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Xəbərlər