213
Dünya 30 iyun — 11:54

Ermənistanda daha 415 yoluxma qeydə alındı

Ermənistanda son sutka ərzində daha 415 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 25 542 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 10 nəfər ölüb və virusdan həyatını itirənlərin sayı 443 olub.

İndiyədək 14 048 xəstə sağalıb.

Xəbərlər