347
Dünya 29 iyun — 22:16

Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdır

Qazaxıstanda koronavirus pandemiyası ilə mübarizə üçün ciddi karantin məhdudiyyətləri geri qaytarılacaq.

Virtualaz.org bildirir ki, müvafiq tapşırığı ölkə prezidenti Kasım-Jomart Tokayev verib.

Tokayev məmurlara iki gün ərzində cari ilin mart-may aylarında qüvvədə olan sərt karantinə bənzər tədbirlər barədə təklifəri işləyib təqdim etməyi tapşırıb.

Qeyd edək ki, son məlumatlara görə, Qazaxıstanda 21 mindən çox insan koronavirusa yoluxub, 13 min nəfər sağalıb, 183 xəstə ölüb. Ölkədə martın 16-dan mayın 11-dək fövqəladə vəziyyət rejimi qüvvədə olub.

Xəbərlər