333
Dünya 29 iyun — 21:22

İran Trampı beynəlxalq axtarışa verdi

İran Məhkəmə Hakimiyyəti İnterpoldan ABŞ Prezidenti Donald Trampı SEPAH komandiri Qasım Süleymaninin qətlinə görə beynəlxalq axtarışa verməsini istəyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Tehranın prokuroru Əli Mehr deyib.

“Qasım Süleymaninin qətli ilə məşğul olan və hazırlığında iştirak edən 36 nəfəri müəyyən etmişik. Bunlar arasında ABŞ və digər ölkələrin hərbi və siyasi xadimləri də var”, - deyə o bildirib.

Mehr bu siyahının başında Donald Trampın adının olduğunu söyləyib.

Xəbərlər