225
Dünya 30 may — 19:11

Ermənistanda daha 7 nəfər koronavirusdan öldü

Son sutka ərzində Ermənistanda 251 nəfər koronavirusa yoluxub, 7 nəfər bu virusdan ölüb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi xəbər verib.

Qeyd edilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 8927, pandemiyadan ölənlərin sayı isə 127 nəfərə çatıb.

Hazırda Ermənistanda 5483 nəfər aktiv koronavirus xəstəsi var.

Xəbərlər