123
Dünya 30 may — 12:14

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi

Dünyada 6 033 835 nəfər koronavirusa yoluxub.

Bu barədə onlayn statistikada qeyd edilir.

Virusa yoluxanlardan 366 891 nəfər ölüb, 2 661 163 nəfər isə sağalıb.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 793 530 nəfər), ölüm (104 542 nəfər) və sağalma (519 569 nəfər) ABŞ-da qeydə alınıb.

Braziliya 468 338 yoluxma sayı ilə ikinci, Rusiya (387 623) isə üçüncü yerdədir.

Türkiyə 162 120 koronavirusa yoluxma sayı ilə onuncudur. Digər sərhəd qonşumuz İran virusa 146 668 yoluxma sayı ilə 12-ci yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm (7 677 nəfər) də bu ölkədə müşahidə edilir.

Azərbaycanda bu günə qədər koronavirus 4 989 nəfərdə aşkar edilib. COVID-19-dan 58 nəfər ölüb, 3 125 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Xəbərlər