167
Dünya 30 may — 01:21

İtaliyada 516, Fransada 597, Britaniyada isə 2095 yeni yoluxma

İtaliyada son sutka ərzində 516 nəfər koronavirus infeksiyasına yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 232 min 248 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 87 nəfər artaraq 33 min 229-a çatıb.

Fransada isə son 24 saatda 597 yeni yoluxma qeydə alınıb. Beləliklə, koronavirusa yoluxanların ümumi sayı artaraq 186 min 835 nəfər olub.

Daha 52 nəfər koronavirusdan dünyasını dəyişib. Hazırda Fransada pandemiya qurbanlarının sayı artaraq 28 min 714 nəfər təşkil edir.

Böyük Britaniyada vəziyyət daha pisdir. Belə ki, burada son sutka ərzində 2095 nəfər koronavirusa yoluxub, daha 324 nəfər isə infeksiyasının qurbanı olub.

Ümumilikdə, Britaniyada indiyədək 271 min 222 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 38 min 161 xəstə dünyasını dəyişib.

Xəbərlər