205
Dünya 29 may — 20:32

Rusiya ÜST-yə koronavirusla bağlı 8 vaksin təqdim edəcək

Rusiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni koronavirus infeksiyası üçün səkkiz vaksin təqdim edəcək.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i ÜST-nin bu ölkədəki nümayəndəsi Melita Vyunoviçə istinadla xəbər yayıb.

Onun sözlərinə görə, Rusiyanın töhfəsi çox böyükdür. 22 may tarixinə qədər istehsalçılar 124 potensial peyvənd təqdim ediblər. Onlar barədə artıq ÜST-yə məlumat verilib: “Bunlardan 10-u klinik, 114-ü klinikaya qədərki qiymətləndirmə mərhələsindədir”.

Xəbərlər