199
Dünya 29 may — 13:11

Ermənistanda 24 saatda daha 460 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda son sutkada daha 460 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 8676 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

7 nəfəri son 24 saatda olmaqla indiyədək 120 xəstə həyatını itirib.

Sağalanların sayı 3297 nəfərdir. Hazırda Ermənistanda 5 214 aktiv koronavirus xəstəsi var.

Xəbərlər