154
Dünya 27 may — 15:50

İranda koronavirusa yoluxanların sayı 140 mini keçdi

İranda koronavirusa yoluxanların sayı artıb.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə daha 2 080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141 591-ə çatıb.

K.Cahanpur, həmçinin bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7 564 nəfərə yüksəlib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, indiyədək 111 176 nəfər koronavirusdan sağalıb. Hazırda müalicə olunan virus daşıyıcılarından 2 551 nəfərin vəziyyəti ağırdır.

Xəbərlər