303
Dünya 27 may — 01:44

Braziliyada xəstəxanada xəstələr meyitlərlə bir arada qaldı

210 milyon əhalisi olan Braziliya koronavirus pandemiyası səbəbindən çökmək üzrədir.

Virtualaz.org bildirir ki, bu günə qədər ölkədə 376.669 nəfərdə koronavirus aşkarlanıb ki, onların da 23.522 nəfəri dünyasını dəyişib.

Ölkədə koronavirusla bağlı qorxunc vəziyyəti əks etdirən çoxlu sayda görüntülər yayılmaqdadır. Onlardan biri də ölkənin ikinci böyük şəhəri olan Rio-de-Janeyroda yerləşən xəstəxanadan çəkilmiş görüntülərdir.

Müalicə alan xəstələr meyitlərlə yan-yana qoyulub və onların arasına sadəcə bir pərdə çəkilib. Səbəb isə xəstəxanada morq şöbəsinin meyitlərlə dolması ilə əlaqədardır.

Braziliya koronavirusdan ölənlərin sayına görə dünyada ABŞ, İngiltərə, İtaliya, Fransadan sonra 5-ci sırada yer alıb. Ölkə yoluxma sayına görə artıq iki gündür ki, ABŞ-dan sonra ikinci yerdədir. Bu səbəbdən ABŞ qapılarını Braziliya vətəndaşları üçün bağladığını bəyan edib.

Xəbərlər