166
Dünya 26 may — 16:52

Çində 6,5 milyon insan koronavirus testindən keçdi

Çinin Uhan şəhərində 14-23 may tarixləri arasında 6 milyon 574 min insan koronavirusun müəyyənləşdirilməsi üçün aparılan CRP (C-reaktiv zülal) testindən keçib.

Virtualaz.org bildirir ki, testlər ictimai yerlərdə quraşdırılan müvəqqəti məntəqələrdə həyata keçirilib. 10 gündə ümumilikdə 6 milyon 574 min nəfərin keçdiyi testlər yaşı 6-dan az olan uşaqlara tətbiq olunmayıb.

Bildirilib ki, kütləvi testlər virusun daşıyıcısı olub, lakin simptomlar müşahidə olunmayan insanları müəyyənləşdirərək virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Çində ötən gün ərzində daha 7 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bu günə qədər isə ölkə üzrə 82 992 insan koronavirusa yoluxub, onlardan 4 634-ü xəstəlik səbəbindən həyatını itirib.

Xəbərlər