221
Dünya 25 may — 20:00

Yerevanda uşaq evində koronavirusa kütləvi yoluxma

Ermənistanın paytaxtı Yerevanda əqli və fiziki qüsurlu azyaşlıların olduğu uşaq evində koronavirusa yoluxma aşkarlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ölkənin Sosial rifah və əmək nazirliyinin mətbuat katibi Sona Martirosyan təsdiqləyib.

Onun sözlərinə görə, 46 nəfər testdən keçirilib, 15 nəfərin nəticəsi müsbət çıxıb. Xəstəliyə yoluxan 6 nəfər müəssisənin işçisidir, 9-u isə uşaqdır. Virusa yoluxanların hamısı təcrid edilib.

Qeyd edək ki, daha əvvəl Ermənistanda qocalar evində də kütləvi yoluxma baş verib. Orada 45 nəfərdə koronavirus aşkarlanıb.

Xəbərlər