132
Dünya 25 may — 17:02

Pakistanda koronavirusa yoluxanların sayı 55 minə yaxınlaşır

Son 24 saat ərzində Pakistanda COVID-19-a yoluxanların sayı 2164 artaraq 54 min 601 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Sind əyalətində 21 min 645, Pəncabda 19 min 557, İslamabadda ümumilikdə 1592 nəfər koronavirusa yoluxub. Xayber-Paxtunxva, Bəlucistan və digər əyalətlərdə də virusa yoluxanların sayı durmadan artır.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 17 min 198 nəfər sağalıb. Son sutkada 32 nəfər həyatını itirib və ölənlərin sayı 1133 nəfərə çatıb.

Xəbərlər