144
Dünya 25 may — 15:15

Rusiyada 24 saatda 8946 yeni yoluxma

Rusiyada son sutka ərzində koronavirusa 8946 yeni yoluxma qeydə alınıb, bununla da ölkədə ümumi yoluxma sayı 353 min 427-yə çatıb.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

Bildirilir ki, Rusiyada daha 92 nəfər pandemiyanın qurbanı olub və infeksiyadan ölənlərin ümumi sayı 3633-ə yüksəlib.

Məlumatda o da qeyd olunub ki, indiyədək 118 min 798 nəfər sağalıb.

Xəbərlər