142
Dünya 25 may — 13:44

Tramp Braziliyanı ziyarət etmiş əcnəbilərin ölkəyə girişini qadağan etdi

ABŞ Prezidenti Donald Tramp son 14 gün ərzində Braziliyada olmuş əcnəbilərin ölkəyə daxil olmasına müvəqqəti qadağa qoyub.

Virtualaz.org bildirir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Sözügedən addım Braziliyada infeksiyanın geniş yayılması ilə əlaqələndirilib və bu ölkəni ziyarət edən insanların ABŞ-da əlavə yoluxma mənbəyi olmaması üçün atılıb.

Xatırladaq ki, dünənki məlumata görə, Braziliyada virusa yoluxma hallarının sayı 347 398-ə, ölənlərin sayı isə 22 013 nəfərə çatıb.

Xəbərlər