235
Dünya 25 may — 11:00

Rusiyada daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Rusiya Federasiyası Tuva Respublikasının başçısı Şolban Kara-ool COVID-19-a yoluxduğunu bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “VKontakte” səhifəsində yazıb.

“Xəstələnə biləcəyimizi bilirdik, amma kimsə çalışmalı, məsuliyyət daşımalı idi”, - Ş.Kara-ool qeyd edib.

Resbublikanın rəhbəri əlavə edib ki, virus çox qorxuludur, sağlamlığa ciddi ziyan vurur: “Şiddərli başağrıları olur, xəstələrin çoxu sətəlcəmdir”.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına yoluxan əhalinin sayına görə (344 481 nəfər) dünya ölkələri sırasında ilk üçlüyə daxildir.

Onu da xatırladaq ki, indiyədək Rusiyada Baş Nazir Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Mədəniyyət naziri Olqa Lyubimova, Elm və Ali Təhsil naziri Valeriy Falkov da koronavirusa yoluxublar.

Xəbərlər