152
Dünya 25 may — 10:31

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 502 min 512 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, məlumatı "Worldometers" yayıb.

Bildirilir ki, virusdan ölənlərin sayı 346 min 761 nəfərdir. İndiyədək 2 milyon 302 min 447 nəfər xəstəlikdən sağalıb.

Ən çox yoluxma halları Amerika qitəsində müşahidə olunur. İkinci yerdə Avropa gəlir.

Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ, Braziliya, Rusiya, İspaniya, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, Türkiyə və Hindistanda qeydə alınıb.

Xəbərlər