578
Dünya 25 may — 01:10

Moskvada küçənin ortasında iki qruplaşma arasında atışma

Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup naməlum kişi küçədə avtomatlardan atəş açıb.

Hadisə yerindən yaydığı görüntülərdən aydın olur ki, bir qrup kişi maşınlara əyləşərək dayanacaqdan uzaqlaşırlar. Bu zaman üç nəfərlik başqa bir qrup avtomata bənzər silahlardan onlara atəş açmağa başlayır.

Baş verənləri şahidlər pəncərədən çəkə bilirlər.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur. Hazırda polis hadisə yerində təhqiqat aparır.

Xəbərlər