148
Dünya 24 may — 18:20

İranda son sutkada 58 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxanların sayı artıb.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 180 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 135 701-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 58 nəfər artaraq 7 417 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 105 801 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xəbərlər