179
Dünya 24 may — 15:30

Rusiyada 8,6 minə yaxın şəxsdə koronavirus aşkarlandı

Rusiyada son bir gündə daha 8 599 nəfərə koronavirus diaqnozu qoyulub.

Virtualaz.org bildirir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 344 481 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 153 nəfər artaraq 354-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 113 299 nəfər sağalıb.

Xəbərlər