204
Dünya 24 may — 01:34

COVİD-19-a yoluxanların sayı 110 minə yaxın artdı

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Virtualaz.org Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatına istinadən bildirir ki, ötən sutka ərzində daha 109 536 nəfər yeni koronavirusa yoluxub, 5663 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb

"Worldometers" saytında yer alan məlumatlara əsasən isə, dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 365 min 7 nəfərə çatıb. Virusdan ölənlərin sayı 342 min 23 nəfərdir. İndiyədək 2 milyon 189 min 33 nəfər xəstəlikdən sağalıb.

Xəbərlər