127
Dünya 23 may — 16:00

İranda koronavirusdan daha 59 nəfər öldü

İranda son sutka ərzində daha 1869 nəfər koronavirusa yoluxub, bununla da ölkədə yoluxma sayı 133 min 521-ə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, 59 nəfəri ötən 24 saatda olmaqla, koronavirusdan indiyədək 7359 nəfər dünyasını dəyişib.

Hazırda müalicə olunan xəstələrdən 2633 nəfərin vəziyyəti ağırdır. Bu günə qədər 104 min 72 xəstə sağalıb.

Xəbərlər