161
Dünya 23 may — 14:30

Rusiyada bir gündə daha 9434 nəfərdə koronavirus aşkarlandı

Rusiyada son sutka ərzində daha 9434 nəfərdə koronavirus aşkarlanıb və ümumi yoluxma sayı 335 min 882-yə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmalar 84 regionda qeydə alınıb.

Son 24 saatda 139 xəstə həyatını itirib, bununla da epidemiya başlayandan bəri virusdan ölənlərin sayı 3388-ə yüksəlib.

Son 24 saatda 8111, ümumilikdə isə indiyədək 107 min 936 xəstə sağalıb.

Xəbərlər