198
Dünya 23 may — 12:36

Pakistanda təyyarə qəzası: 97 ölü, 11 yaralı

Xəbər verildiyi kimi, dünən Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.

Virtualaz.org TASS-a istinadən bildirir ki, qəza nəticəsində 97 nəfər həlak olub.

Son məlumatlara görə, qəza nəticəsində 2 nəfər sağ qalıb. Təyyarənin düşdüyü ərazidə isə 11 nəfər xəsarət alıb.

Xəbərlər